İngiltərə sakini Daniel Messi oğlu Çarlini vannada çimdirərkən səhlənkarlıq edib.
“Medicina” xəbər verir ki, 7 aylıq uşağı çimizdirən qadın dəsmal götürmək üçün başqa otağa keçir və qayıdarkən bir anlıq telefonu götürüb oyun oynamaq üçün divana əyləşib.
Başı telefona qarışan ana hamam otağında uşağı qoyduğunu unudub.
Geri qayıdanda isə uşağın xüsusi oturacaqdan üzü üstə vannaya düşüb boğulduğunu görüb.
Təcili yardım çağırılsa da artıq gec idi.
Araşdırma zamanı məlum olub ki, 31 yaşlı qadın «Cooking Madness» mobil oyununa 15 dəqiqə vaxt sərf edib.
Danieaya 7 il həbs cəzası verilib. Lakin qadın bu hökmlə razı deyil.
Aygün Musayeva