Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başı bədənindən qopan qadın sağ qaldı – ABŞ-da möcüzə kimi hadisə

  • 2018.11.24 09:38
  • 7912 Baxış
Başı bədənindən qopan qadın sağ qaldı –  ABŞ-da möcüzə kimi hadisə
ABŞ-ın Miçiqan ştatının Sidar-Spriqs şəhərində yaşayan qadının avtomobil qəzası zamanı  kəllə sümüyü tamamilə onurğasından ayrılıb.


Medicina.az xəbər verir ki, Lila Delayn avtomobillə evinə yaxınlaşarkən ona başqa maşın çırpılıb. Qəza qadının həyat yoldaşının gözləri önündə evlərinin qarşısında baş verib. Həyat yoldaşı həmin dəqiqə avtomobilə doğru qaçaraq həyat yoldaşını huşsuz vəziyyətdə görüb. O nə danışa, nə də hərəkət edə bilirmiş. Həyat yoldaşı onun başını möhkəm saxlayaraq, təcili tibbi yardım maşını gələnə qədər onu tərpətməyib. Həkimlər hesab edirlər ki, qadın məhz həyat yoldaşının bu əməli sayəsində həyatda qala bilib. 


Delaynda onurğanın boyun hissəsində birinci fəqərəsi olan "atlant”ın ənsə nahiyəsindən qopduğunu müəyyən edilib: "Qadının xəstəxanaya sağ gəlib çıxması bir möcüzə idi. Çox zaman belə zədələrdə xəstənin həyatda qalması praktik olaraq mümkün olmur. Qadının bədəni bütünlüklə iflic olmuşdu. O, yalnız göz qapaqlarını və dodaqlarını tərpədə bilirdi”.

 

Amma nəticələr gözlənildiyindən də yaxşı olur. Qəzadan sonra cəmi 3 ay müddətində Delaydanın vəziyyəti xeyli yaxşılaşır. O bədənini idarə edə, gəzə və sağalması üçün bir sıra idman hərəkətləri etməyə başlayır.


Onu da qeyd edək ki, bu ilin avqust ayında da analoji hadisə yaşanıb.