Baş baş ağrıları zamanı bəzi qidalardan imtina etməklə ilk növbədə, duz və kofeini çıxarmaq lazımdır.
“Medicina” xəbərinə görə, nevroloq Aleksandr Komarov müsahibəsində bildirdi ki, baş ağrısı zamanı bu qidaları yesəniz, ağrılar daha da şiddətlənəcək.
Baş müxtəlif səbəblərdən, məsələn, hipertoniya və ya digər xəstəliklərdən ağrıya bilər. Ancaq nə olursa-olsun, bu anda yalnız ağrıları gücləndirə biləcək bəzi məhsullardan imtina etməlisiz.
Bir insanın yüksək təzyiqi varsa, o zaman duzlu qidalar onun üçün zərərlidir. Bundan əlavə, tünd çay, qəhvə və enerji içkiləri içə bilməzsiniz.
Ümumiyyətlə, ürək ritmini artıran, qan damarlarını daraldan və ya maye toplayan qidalardan uzaq durun.
Eyni zamanda dietoloq Yelena Solomatina hipertoniya və yüksək xolesteroldan əziyyət çəkən insanlara pendirdən imtina etməyi tövsiyə edib. Yenə pendirdə çox miqdarda duz və yağ olduğuna görə qəbul etmək olmaz.
Aynur Məmmədova