ABŞ-da 60 yaşlı qadın miqrendən əziyyət çəkirdi. Bir gün o, güclü baş ağrısından şikayətlənir və səhəri isə yaddaşını itirib.
“Medicina” xəbər verir ki, Kim Denikol adlı qadın kilsəyə gələrkən, qəfildən güclü miqren ağrısı hiss edib.
Onun görməsi dumanlanıb, daha sonra huşunu itirib.
Xəstəxanaya qaldırılan qadın gözünü açaraq, tibb bacısına indi 1980-ci il olduğunu deyib.
Qadın özünü 16 yaşındakı kimi hiss edib, onun bütün xatirələri və sözləri 40 il əvvələ aid olub. Qadın harda huşunu itirdiyini xatırlamayıb. O, imtahandan evə qayıtdığını deyib.
Qadına sənin 59 yaşın var deyəndə o şoka düşüb. Ata-anasının isə həyatda olmadığını biləndə ağlayıb. Həkimlər onda tranzitor qlobal amneziya diaqnoz edib.
Aygün Musayeva