Başgicəllənmə nevroloji, somatik, psixoloji səbəblərdən olub son zamanlar geniş yayılıb. Fizioloji başgicəllənmə - hündürlükdən baxanda, gəmidə, yelləncəkdə, yerində fırlanarkən, qəfil həyəcanlananda ola bilər.
Patoloji başgicəllənmə isə vestibulyar sistemin istənilən nahiyəsində dəyişiklikdən yaranır: məsələn, daxili qulaq aparatının zədələnməsi, sinir pozulmaları, Menyer xəstəliyi, beyin qan dövranının pozulması, beyin şişləri, dağınıq skleroz, kəllə-beyin travmaları, panik ataklar və müxtəlif dərman təsirlərindən olur.
Başgicəllənmə patoloji ocaqdan asılı olaraq sistemli – bütün əşyalar başa dolanır və ya sistemsiz – sanki yer ayağın altından qaçır, səndələyirsən.
Beyinciyin disfunksiyasında sistemli başgicəllənmə ilə yanaşı ataksiya, əzələ tonusunun düşməsi, ürəkbulanma olur. Xəstə gözünü yumanda, qaranlıq yerdə əlamətlər güclənir. Tədricən xəstədə nistaqm, nitq pozulması, xəttin dəyişməsi inkşaf edir.
Etiologiyasından asılı olmayaraq bütün başgicəllənmə hallarında:
-Ürəkbulanma, qusma, hipersalvasiya
-Rəngin avazıması, yuxululuq, əsnəmə
-Marağən azalması, diqqətsizlik, həyəcan
-Göz önündə qaraltı
-Yerişin pozulması, boğulma kimi hallar ola bilər
Bioloji Təbabət Klinikasının həkim nevroloqu Aygün Məmmədova başgicəllənmənin əsas səbəbinin, tipinin diaqnostikası və bioloji təbabət medotikası və preparatları ilə müalicəsi təcrübəsindən danışdı:
" Başgicəllənməsinin müayinəsi bir qədər geniş yanaşma tələb edir. Bunun üçün EKQ, EEQ, rentgen, KT, MRT, beyin damarlarının ultrasəsə müayinəsi, LOR, nevrapotoloq və kardioloqun baxışı lazımdır.
Müalicədə beyin qan dövranını yaxşılaşdıran preparatlar, vitamin terapiyası, boyun əzələlərin masajı, fizioterapiya prosedurları tətbiq olunur. Bİr misal: Xəstə qadın bizə müraciət edəndə baş ağrısı, başını əyəndə tutmaşəkilli başgicəllənmə fonunda ürəkbulanma, qusma, qorxu hissindən şikayət etdi. Hamiləliyinin 5-ci aylında qəflətən güclü başgicəllənmə başlayıb. Dəfələrlə müalicə olunub, xəstəxanada yayıb, amma başgicəllənmə tam keçməyib. Xəstədə qorxu, depressiya dərinləşib.
Anamnezdə uşaqlıqdan sol qulağın önündən irinli fistulanın olmasını və ordan irin axmasını dedi. Həmin yer qapanandan sonra başgicəllənmə başlayıb. Lakin xəstədə eşitmə zifliyi, qulaqda küy və nistaqm olmadığı üçün Menyer xəstəliyi inkar edildi. Xəstəni bir çox müayinələrdən keçirdikdən sonra ciddi patoloji ocaq aşkarlanmadığından İdiopatik vestibulopatiya diaqnozu qoyduq. Plazmafarez, drenaj terapiya olundu, bioloji aktiv nöqtələrə bioloji tənzimləyici maddələr vuruldu, buoloji preparatlar təyin olundu. Həmçinin fizioterapiya və masajdan keçdi. Müalicənin sonunda ozonterapiya, hirudoterapiya aparıldı. 2 ay ərzində başgicəllənmə tamamilə keçdi, xəstə boynunu istədiyi tərəfə döndərirdi. 7 il əvvəl hamiləlik zamanı bu xəstəliyə tutulduğu üçün onda 2-ci dəfə ana olmağa qorxu var idi və hamilə də qala bilmirdi. Bu müalicələrdən 1 ay sonra o ikinci dəfə hamilə qalaraq, övlad dünyaya gətirdi. Müalicədən 3 il keçib, xəstədə başgicəllənmə yoxdur.
Bioloji tənzimləyici preparatlar bir neçə ay qəbul olunmalıdır. Orqanizmdən toksinlər drenaj olunmalıdır. Əks halda digər dərmanların effekti olmayacaq”.