Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Başgicəllənmə həyat keyfiyyətinizi pozmasın - Alman metodu

  • 2021.09.30 16:22
  • 2641 Baxış
Başgicəllənmə həyat keyfiyyətinizi pozmasın -  Alman metodu
Başgicəllənmə - insanın öz bədəni və ətrafdakı əşyaları fırlanan, "üzən" kimi, yəni təhrif olunmuş şəkildə qavraması ilə özünü göstərən subyektiv hissdir.

Başgicəllənmənin yaranma səbəbi - mühitdə orientasiyaya cavabdeh olan əsas efferent sistemlərdən alınan sensor (vestibulyar, görmə və proprioseptiv) məlumatların balanslaşmaması, o cümlədən bu informasiyaların mərkəzi sinir sistemində düzgün işlənməməsidir.

Başgicəllənmənin yaranma səbəblərindən daha tez-tez rast gəlinəni hərəkət xəstəliyidir (kinetozlar). Bunların arasında dəniz xəstəliyi, hava, avtomobil, qatar və s. ilə gedərkən meydana çıxan patoloji hallar özünü göstərir. Bu patoloji hallar solğunluq, tərləmənin artması, zəiflik, baş ağrıları, nəbzin sürətlənməsi, arterial təzyiqin artması və ya azalması, aritmiyalar, ürəkbulanma, qusma ilə müşayiət olunur.

12 yaşa qədər uşaqların 60%-dən çoxu hərəkət xəstəliyindən əziyyət çəkir. Bu, vestibulyar aparatın funksional baxımdan yetişməməsi və asanlıqla qıcıqlanması ilə əlaqəlidir (vestibulyar aparat yalnız 12-16 yaşa qədər tam yetkinləşir). Həmçinin, 16 yaşdan böyük insanların da əksəriyyətində başgicəllənməyə yüksək meyillik var: planetimizin yetkinlik yaşına çatmış əhalisinin 30%-ə qədəri bu sindromdan əziyyət çəkir.

Başgicəllənmə - bir çox xəstəliklərin simptomudur

Başgicəllənmə hər hansı bir xəstəliyin, məsələn, ürək-damar və metabolik pozulmalar, müxtəlif mənşəli intoksikasiyalar, onurğanın boyun şöbəsinin osteoxondrozu, mərkəzi sinir sisteminin patologiyaları, orta və daxili qulağın xəstəlikləri, infeksion xəstəliklər və s. təzahürlərindən biri kimi meydana çıxa bilər. Xoşxassəli paroksizmal pozision başgicəllənməyə (XPPB) daha çox rast gəlinir. Menyer xəstəliyi, vestibulyar miqren, narahatlıq halları, vestibulyar neyronit kimi xəstəliklər də başgicəllənmənin aparıcı səbəblərindəndir.


Başgicəllənmə - nevroloji və ümumi praktikada ən geniş yayılmış simptomlardandır.

Bu simptomdan şikayətlərin sayı baş ağrıları və beldə ağrılardan sonra 3-cü yeri tutur. Terapevtlərə müraciətlərin təxm. 5%-i, nevroloqlara və otolarinqoloqlara müraciətlərin isə 10%-ə qədəri onunla bağlıdır. Hazırda gedişatı zamanı başgicəllənmə ilə müşayiət oluna bilən təxm. 80 xəstəlik təsvir olunub.

Diaqnostikadakı çətinliklərə görə başgicəllənmənin səbəbini həmişə müəyyənləşdirmək mümkün olmur. Nəticədə belə simptomlu xəstələrin cəmi 20%-ə qədərinə düzgün diaqnoz qoymağa və adekvat müalicə təyin etməyə nail olunur.

Başgicəllənmə zamanı Vertigoheel

Başgicəllənməni yaradan səbəbdən asılı olmayaraq insana kömək etmək lazımdır. Belə hallarda, xüsusən yekun diaqnoz qoyulmayıbsa, Vertigoheel preparatının təyini göstərişdir. Çünki Vertigoheel müxtəlif mənşəli başgicəllənmələr zamanı təyin oluna bilər.

Preparatın tərkibində farmakoloji aktiv inqredientlər – Anamirta cocculus, Ambra grisea, xallı badyan (Conium maculatum), neft (Petroleum rectificatum) homeopatik dozalardadır. Preparatın təsir mexanizmi onun kapilyarların genişlənməsinə çoxhədəfli təsirinə əsaslanır.

Vertigoheel-in klinik effektivliyi və təhlükəsizliyi elmi tədqiqatlarla təsdiqlənmişdir. Bu tədqiqatlar vasitəsilə preparatın nəinki başgicəllənmənin müalicəsində effektivliyi, həmçinin, Betahistin, məbəd ağacı (Ginkgo Biloba) ekstraktı, dimenhidrinat və başgicəllənmə əleyhinə başqa preparatlarla terapevtik ekvivalentliyi sübut olunmuşdur. Metaanalizlərin nəticələri bu tədqiqatların nəticələrini təsdiqlədi, Vertigoheel-in effektivliyini və orqanizmin bu preparatı yaxşı qəbul etdiyini sübut etdi.

Vertigoheel-in şübhəsiz üstünlüyü təhlükəsizliyi və orqanizm tərəfindən yaxşı qəbul olunmasıdır. Preparat yanaşı xəstəliyi olan, xəstəlikdən zəifləmiş, yaşlı pasientlərə də təyin oluna bilər.

Vertigoheel başgicəllənmədən əziyyət çəkən insanların həyat keyfiyyətini yaxşılaşdırır. Fiziki və emosional vəziyyət, mental sağlamlıq, ağrı, həyat göstəriciləri, ümumi sağlamlıq vəziyyəti dəyərləndirilən tədqiqatlar göstərdi ki, preparat tək başgicəllənmə simptomuna deyil, həm də onunla əlaqəli olan digər təzahürlərə də təsir edir.

Vertigoheel (Almaniya istehsalı) 40 ildən çoxdur ki, müxtəlif ölkələrdə uğurla tətbiq olunur. Hazırda Vertigoheel – Almaniyada başgicəllənmə zamanı istifadə olunan bir nömrəli preparatdır.

Bir tabletdən gündə 3 dəfə yeməkdən əvvəl ağızda sorulur.