Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Başa çəkilərək” içilən qazlı su – Qida borusunu çatlada bilər

  • 2023.08.07 17:42
  • 1021 Baxış
“Başa çəkilərək” içilən qazlı su  – Qida borusunu çatlada bilər

Qazlı soyuq suyu açıb, tələsik başa çəkərək, birdəfəyə içmək qida borusunu zədələyə bilər.

“Medicina” xəbər verir ki, bu barədə terapevt Aleksey Vodovozov bildirib.

“Sıxılmış qaz orqanizmə düşərək genişlənir və bu zaman qida borusi qişasına təzyiq yaradır.

İsti havada çox soyuq qazlı su içməyin. Qazlı suyu açıb, bir qədər qazını çıxarıb, qurtumla içmək lazımdır.
Qazlı, şirəli suları başına çəkib içənlərdə həkimlərin dili ilə desək “banket qida borusu” sindromu yaranır.

Bu zaman qida borusunda çatlar yaranır.

Bunu aşağıdakı əlamətlərdən bilmək olar:

- Döş qəfəsində kəskin ağrı
- Boyuna yayılan ağrı, yanğı
- Yeiyb içəndə qida borusunda yanma, sürüşmə hissi

Aygün Musayeva