Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş və qulaq birdən ağrıyarsa... – Səbəb

  • 2023.07.14 19:47
  • 1901 Baxış
Baş və qulaq birdən ağrıyarsa...  – Səbəb
Baş və ya qulaq eyni vaxtda birdən ağrımağa başlayanda, az adam bunun səbəbinin üzdə ola biləcəyini düşünər. Əlbəttə ki, havanın dəyişməsi və ya hipotermiyadan sonra belə simptomlar tez-tez görünür. Bununla birlikdə, qulaq və başdakı ağrıların çürük və iltihablı dişlərdən ola biləcəyi ehtimalı yüksəkdir.



“Medicina” xəbər verir ki, stomotoloq Ella Dratunskayanın sözlərinə görə, ağız boşluğunun xəstəlikləri daxili orqanların işinə mənfi təsir göstərir. Üstəlik, təkcə baş nahiyəsində deyil, mədə, hətta onurğa da ağrıya bilər.


“Kariyes və ya digər diş problemləri olan insanda bədəndə ağrıların əsas səbəbi dişlərin və ya selikli qişaların xəstə olması səbəbindən yeməyi yaxşı çeynəməkdən qorxmasıdır. Bundan xroniki mədə-bağırsaq xəstəliyi pisləşə bilər.
Ancaq ən çox dişləri müalicə etmək qorxusu və ya həkimə müraciət etmək üçün vaxtın olmaması səbəbindən sinusit inkişaf edir.


Bu xoşagəlməz xəstəlik, kifayət qədər gigiyena olmadığından ağızda zərərli bakteriyalar çoxaldıqda ortaya çıxır. Onlar tədricən ağız boşluğundan kənara çıxır, sümük toxumasını məhv edir və orqan və sistemlərin keyfiyyətli işinə müdaxilə edirlər. Beləliklə - sinusit, daimi miqren və qulaq ağrısı verir.


Orqanizmdə streptokokların sayı sürətlə artdıqda baş verir: onlar təkcə dərin kariyes deyil, həm də otit, tonzillit, laringit və s. səbəb olur. Sonrakı gedişatda hətta ürək-damar sisteminin, böyrəklərin işində problemlər yarana bilər”.


Günay Quliyeva