"Exo” qəzetinin baş redaktoru Rauf Talışinskinin ölümünün ilkin səbəbi açıqlanıb.
Medicina.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən meyitin ilkin ekspertizasının nəticəsi olaraq bildirilib ki, R.Talışinskinin ürəyində kardioskleroz, ateroskleroz və beyində insult əlamətləri aşkar edilib.
Ölüm səbəbinin də bu xəstəliklər olduğu ehtimal edilir.
Yekun nəticə isə iki həftədən sonra laborator müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, R.Talışınskinin meyiti bu gün səhər xadimə tərəfindən Bakıdakı evində tapılıb.
R. Talışınski evdə tək olub.
Qeyd edək ki, Rauf Talışinski ilə vida mərasimi sabah saat 14.00-da Təzəpir məscidində keçiriləcək.