RT və "RİA Novosti”-nın baş redaktoru Marqarita Simonyan xəstəxanaya yerləşdirilib.
Medicina.az xəbər verir ki, hadisə Simonyanın Korrupsiyaya Qarşı Mübarizə
Fondunun hüquqşünası ilə "Exo Moskva" radiostansiyasındakı görüşündən
sonra baş verib.
Simonyan öz Telegram-kanalında qeyd edib ki, hüquqşünasla radionun
dəhlizində görüşüb, söhbət edib.
Fondun hüquqşünası ona Moskva meri
Sergey Sobyaninlə bağlı suallar verib və danışıqları kameraya çəkib. Baş
redaktorun halı məhz ondan sonra pisləşib.
Radiostansiyanın əməkdaşlarının köməyə gəldiyini açıqlayan baş redaktor hamilə olduğunu da sözlərinə əlavə edib.