İspaniyanın "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib.
Medicina.az xəbər verir ki, sentyabrın 12-dən bəri evində təcrid olunan 50 yaşlı mütəxəssis sağalıb.
Simeone artıq Madrid təmsilçisində ilk məşqini keçirib.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da işləyir. Klub onun rəhbərliyi altında 2013/2014 mövsümündə İspaniya çempionatının qalibi olub. Argentinalı baş məşqçi İspaniya Kubokunu, Superkubokunu, iki dəfə Avropa Liqasını və iki dəfə UEFA Super Kubokunu qazanıb.