Moskva şəhər 15 saylı xəstəxanasının baş həkimi Valeriy Veçorko reanimasiya şöbəsinə yerləşdirilmiş və artıq İBL aparatına qoşulmuş xəstələri çəkib göstərib.
Medicina.az xəbər verir ki, reanimasalar xəstə ilə doludur.
Baş həkim məsələnin ciddiliyini göstərmək üçün bu addımı atıb.
O qeyd edib ki, aparatlara qoşulanlar 35-45 yaş arası xəstələrdir. Koronavirusdan yalnız yaşlıların ağırlaşması yanlış fikirdir.
"Baxın, nə qədər cavanlar var. Onlar bu dəqiqə ölümlə çarpışır. Bu vəziyyətə düşməməyin yeganə yolu evdə qalmaq və özünü təcriddir"