Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş həkim qocalma prosesini yavaşlatmağın yollarından DANIŞDI

  • 2024.07.30 22:08
  • 1348 Baxış
Baş həkim qocalma prosesini yavaşlatmağın yollarından  DANIŞDI
Erkən yaşdan özünüzə qayğı göstərmək qocalmanı yavaşlatmağa kömək edəcək.

Medicina.az xəbər verir ki, bu barədə həkim Rusiya Elmi Cərrahiyyə Mərkəzinin Profilaktik Tibb Klinikası ilə Uzunömürlülük İnstitutunun baş həkimi, akademik Petrovski İnna Reşetova məlumat verib.

Onun sözlərinə görə, bura fiziki fəaliyyət, düzgün qidalanma və adekvat yuxu daxildir.

Bundan əlavə, həkim mütəmadi olaraq tibbi müayinədən keçməyi, xolesterol, qlükoza və qan təzyiqi səviyyələrini izləməyi məsləhət görüb.

“Genetik xüsusiyyətlərinizi öyrənmək də yaxşı fikirdir. Genetika sağlamlığımızı və gözlənilən ömür müddətimizi 25-30% müəyyən edir. Genetik test, mümkün pozuntuları və "zəif nöqtələri" görməyə, onları maksimum dərəcədə düzəltməyə imkan verir", - deyə Reşetova qeyd edib.

Beynəlxalq İnteqrasiya Qidalanma İnstitutunun eksperti Yuliya Lomkova isə bildirir ki, yalnız balanslaşdırılmış pəhriz yaşa bağlı dəyişikliklərlə mübarizə aparmağa və orqanizmin normal fəaliyyətini təmin etməyə kömək edə bilər.

Onun sözlərinə görə, gözəlliyi və gəncliyi qorumaq üçün, ilk növbədə, spirtli içkilərdən uzaq durmalı, bol miqdarda su içməlisiniz. Bu, dərinin qurumasının və qırışmasının qarşısını alır.


Aysel