Bakı Ağır Cinayətlər Məhkəməsi Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovla bağlı qərar verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində külli miqdarda rüşvət alma maddəsi ilə ittiham olunan Rauf İsfəndiyarov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, növbəti məhkəmə iclası fevral ayının 6-a təyin olunub.