Baş həkim işdən çıxarılır - Xəstəxanada təhvil-təslim işləri aparılır

  • 2021.08.30 10:53
  • 1730 Baxış
Baş həkim işdən çıxarılır -  Xəstəxanada təhvil-təslim işləri aparılır
Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov işdən çıxarılır.

Medicina.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumatda qeyd edilir.

Bildirilir ki, hazırda xəstəxanada təhvil-təslim işləri gedir. İddialara görə, Paşa Muradovun özü qərardan narazıdır və postunu qorumaq üçün mübarizəsini davam etdirir. Məsələnin hətta Tovuz rayon İcra Hakimiyyətində müzakirə olunduğu barədə məlumatlar var. İddialara görə, müzakirə kifayət qədər gərgin keçib.

Bildirilir ki, Paşa Muradovun karyerasına son qoyulması rayon rəhbərliyinin istəyidir. Bu baxımdan, hazırda baş həkimlə yerli rəhbərliyin münasibətləri gərgindir.

Məsələ ilə bağlı Paşa Muradovun özü ilə də əlaqə saxlanılıb. Baş həkim deyilənləri nə təkzib, nə də təsdiq edib:

"Nə yazırsınız yazın, boş-boş şeylərə görə zəng vurmayın”.