Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş həkim işdən çıxarıldı

  • 2019.09.27 10:08
  • 7368 Baxış
Baş həkim işdən çıxarıldı

Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.


  Medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb. Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunub. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində "QAZ-52" markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması olub.


Belə ki, araşdırma zamanı ağacların Şamaxı Mərkəzi Rayon Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkarlanaraq təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.