Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş həkim bu səbəbdən istefa verdi

  • 2020.04.15 12:10
  • 1114 Baxış
 Baş həkim bu səbəbdən istefa verdi

Qazaxıstanda bir gündə 110-dan çox tibb işçisinin koronavirusa yoluxduğu Almatı Şəhər Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Almaz Cuvaşev vəzifəsindən uzaqlaşdırılıb.


Medicina.az xəbər verir ki, Almatı Şəhər İctimai Səhiyyə İdarəsindən məlumat verilib.


İdarədən bildirib ki, A.Cuvaşev öz istəyi ilə istefa ərizəsini yazaraq, səlahiyyətlərinin icrasını dayandırıb.

Son rəqəmlərə əsasən, Qazaxıstanda 1 267 nəfərdə COVID-19 aşkar edilib, onlardan 14-ü virusun qurbanı olub.