Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş direktor pisləşdi: süni tənəffüs aparatına qoşulub

  • 2021.11.08 11:58
  • 2329 Baxış
Baş direktor pisləşdi:  süni tənəffüs aparatına qoşulub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun vəziyyəti ağırlaşıb.

Bu barədə Medicina.a.az -a institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir müddətdir koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb