Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş dərisinin psoriazı: kəpək, ləkə, qaşınma– Səbəblər, müalicə

  • 2019.06.28 20:15
  • 35647 Baxış
Baş dərisinin psoriazı: kəpək, ləkə, qaşınma–  Səbəblər, müalicə
Psoriaz bədənin müxtəlif nahiyələrində, ən çox da baş dərisində rast gəlinir. 

Psoriaz (sədəf) autoimmun xəstəlik olub, dəri tamlığının pozulması, qırmızı, ağ ləkələr, kəpək, qabıqlanma, qaşınma ilə başlayır.


Əsasən də gənclər, orta yaşlı kişiləri narahat edən baş dərisi psoriazı xəstəyə psixoloji zərbə vurur və o, ömrü boyu xəstəliyin simptomları ilə mübarizə aparmalı olur.


Medicina.az başda psoriazın səbəb, müayinə və müalicəsi ilə bağlı məlumatı təqdim edir:

Qeyd olunan kimi, xəstəliyin səbəbini araşdırmaq, axtarmaq, günahkar tapmağa vaxt sərf etməyə dəyməz. Bu autoimmun xəstəlikdir, immunitet və hüceyrə səviyyəsində baş verir. 


Amma düzgün müalicə olunmadıqda ağırlaşmaları olur. Baş psoriazına yanaşma bir qədər fərqli olmalıdır. 


Baş dərisində psoriaz başladığını göstərən əlamətlər:


-Başda, qulaq dibi, boyun nahiyəsində qırmızı, kənarları ağ ləkələrin yaranması

-Baş dərisində iltihab dəri zədələnməsi, səpki

-Dəhşətli qaşınma

-Kəpək, dərinin hissə-hissə qopması


-Ağrı

-Saçların quruması, tökülməsi

-İlk başda xəstəlik qabıq, quru dəri, kəpəklə gəlir və xəstəni çaşdırır. Xəstə düzgün müayinəyə getmək əvəzinə, şampunlar, maskalar axtarışına çıxır.


Müayinə- Müalicə


Bu xəstəliyi dermatoloq və trixoloq müayinə və müalicə edir.


Müasir tibb yeni baş psoriazı əleyhinə dərmanlar təqdim edir ki, bunlardan istifadə asandır və xoşagəlməz əks təsirlər, pasiyentə əlavə iş yaratmır. 


Xəstəlik ilk başda xüsusi müalicəvi şampun, losyon və kosmetik vasitələr, prosedurlarla nəzarətə alınır. Ağır formada artıq preparatlar, dərmanlar yazılır. 

Xəstəlik tam sağalmır, sadəcə ucun müddətli remissiya əldə oluur. Yəni ağırlaşmalara, simptomlara fasilə. Bu müddət nə qədər uzun olsa, xəstə bir o qədər rahat olur. 


Lakin son kliniki tədqiqatlar göstərib ki, psoriazda şampun, losyon, sabunla müalicə effektsizdir, plasebodur, yəni xəstəni inandırır. Effektiv müalicə üçün kortikosteroidli dərmanlar, D vitamini təyin olunmalıdır. Dərmanlar krem, maz, gel, sprey formasında ola bilər. Şampun isə qlükokortikoid tərkibli olmalıdır. Bu şampunların təsiri araşdırmalarla sübut olunub və 65% xəstələrdə residivləri azaldıb, remissiyanı uzadıb.

Eləcə də hazır vitamin D tərkibli losyonlar vardır. 

 



Ağırlaşmaları


Baş dərisi psoriazı bədənin digər səthlərindəki psoriaza nisbətən çətin sağalır və ağırlaşma riski çoxdur. Bunlardan psoriatik artrit – oynaqların xroniki iltihabı, Uevit – göz almasının damarlarının iltihabı, Depressiya – xəstə hətta yaşamaq istəmir, xarici görünüşündən utanır. 


Ona görə psoriazda əsas hədəf simptomları vaxtında bloklamaq, ağırlaşmalara imkan verməməkdir. 


Xəstələr psoriazla barışmalı, amma onla dil tapıb, uzun remissiya əldə etmək üçün yorulmadan xəstəliyə nəzarət edib, müalicəni davam etdirməlidirlər.

Hazırda lazer, işıq terapiyası, fizioterapiya metodları da vardır ki, xəstələrə tövsiyyə olunur. Amma psoriazlı xəstələr hər təklifə də qaçmamalı, araşdırmalı, hər nə oldu baş dərisinə sürtməməlidir. Əks təqdirdə xəstəliyi alovlandıra və əlavə fəsadlara yarada bilərlər.

Baş dərisinin psoriazı: kəpək, ləkə, qaşınma–  Səbəblər, müalicə