Saçların dibində, baş dərisində ara-sıra çıxan, toxunduqda ağrıyan, çox insanları qorxudan, başımda şiş var deyə düşündürən sızanaqlar, şişkinliklər son zamanlar çox insanı narahat edir.
Üzdəki sızanaqlar nə qədər ağrısızda, başdakı səpkilər bir o qədər ağrılıdır.
Üzdəki sızanaqları sıxmaq olur, başdakıları isə sıxmaq olmaz.
Medicina.az baş dərisində sızanaqların səbəblərini araşdırıb.
Bİrincisi bütün bədəndə olduğu kimi saçların dibində də bir dəri, dəridə piy vəziləri olduğu üçün baş dərisinin də səpməsi, piy vəzilərinin qabarması, tutulması, sızanaqlar, hətta irinli sızanaqların olması dəri üçün xarakterik bir şeydir və təəcüblü deyil.
Belə sızanaqlar çıxan insanların baş dərisi qaşınır, dəri sanki şişkin olur, toxunduqda ağrı verir, saçlar tökülür, yağlı olur, dəridə qızartı yaranır. Kəpək və qabıqlanma da baş verir. Adi sızanaqlar irinli hala keçib quruyur, sarı, qopan, ağrılı qabıq kimi qalır.
Əgər bu problem vaxtında müalicə olunmasa, iltihab bütün baş dərisinə yayılır, nəinki epidermis, saç kökləri də zədələnir. Burdan da saçların alalı, ocaqlı tökülməsi başlayır.
Səbəblər:
-Gigiyena qaydaları, yuyulma, şampunlar
-Dermatoloji xəstəliklər- seboreya, mikoz, psoriaz, follikullit
-Sinir, səbəb, xroniki yorğunluq
-Piy vəzilərinin normadan artıq yağ ifrazı, basin gec yuyulması
-Baş dərisinin quruluğu
-Daxili xəstəliklər: qalxanvari vəz, qaraciyər, öd, bağırsaqlar
-Virus, infeksiyalar – irinli yaralara səbəb olur
-Qadınlarda bu problem ginekoloji xəstəliklərlə də əlaqədar olur
-Kişilərdə cinsi –uroloji problemlər
Müalicəsi:
-Ilk növbədə sızanaqlar, irinli səpkilər olan baş dərisini ucu iti daraqla daramaq, onları sıxmaq olmaz.
-Baş dərisini xlorgeksidinlər dezinfeksiya etmək
-Şampunu, sabunu dəyişmək, daha təbii, organic və ya uşaq şampunu istifadə etmək
-Müalicə üçün trixoloq və ya dermatoloqa müraciət etməli
-Əgər özbaşına müdaxilə etsəz dəriyə infeksiya salıb, iltihabı yaya və başda izlər, çapıqlar qoya bilərsiz
Diaqnoz üçün baş dərisinə xüsusi mikroskop altında baxılır, qan və hormon analizi verilir.
Müalicə üçün : infeksiya, virus varsa, o aradan qaldırılır
Yerli olaraq aparat, mezoterapiya,, kosmetik prosedurlar aparılır.
Xüsusi maz, losyon, şampunlar təyin edilir.
Baş dərisində ki sızanaqlara və qabıqlara görə nə edə bilərəm?
Salam Həkim baş dərisində səpkiləri çıxır 1 dənə belə onu aptekfən dərmanı olur alıb vuram
Salam menim başıma tez tez çıxır bunu harda müalicə etmək olar
Dr. Salam menim qizimin 3 yasi var bas derisinde yeni bir qapiqlar emele gelib quruyur ve oz ozune coxalir. Bunun sebebi ne olar biler. Deriye qulluq edirem sampuanlari her biri usaq ucundu.
Menim oglum 9ayliqdi ve uzunun bir terefinde birde bas nahiyesinde qirmizi yumru sizanaqlar var nedendir bu ?
Salam
Salam.Saçım ilin 12 ay tökülür,saçımın dibindən başımın dərisinən ağ cirklı və qırmızı ağrılı şişkin sızanaqlar olur!
Öyrə səpirəm,bərk narahat edir məni. Baxmayaraqki müalicəmidə edirəm amma faydası yox
Saçımın dibinde irinli sızanaqlar əmələ gəlir bir müddət yoxa çıxır sonra yene ele olur mümkünse kömək edin müalicə üçün
Bu problemin heli ucun mualicevi tam bitki terkibli mehsularimiz var
Sizden xahis edirem mene Komek ederdiniz,menim basimda hemin dediyiniz sizanaqlar var men nece edim ki qurtarsin,
Rusiya Orenburq
Sacin dibinde olan sepgiler
Hekim mebim bircek nahiyesinde sizanaqlar olur hemen yerdede sac seyrelir ve iki ilden artiq kesdirdiyim sac uzanmir nece var elecede qalib