Saçların dibində, baş dərisində ara-sıra çıxan, toxunduqda ağrıyan, çox insanları qorxudan, başımda şiş var deyə düşündürən sızanaqlar, şişkinliklər son zamanlar çox insanı narahat edir.
Üzdəki sızanaqlar nə qədər ağrısızda, başdakı səpkilər bir o qədər ağrılıdır.
Üzdəki sızanaqları sıxmaq olur, başdakıları isə sıxmaq olmaz.
Medicina.az baş dərisində sızanaqların səbəblərini araşdırıb.
Bİrincisi bütün bədəndə olduğu kimi saçların dibində də bir dəri, dəridə piy vəziləri olduğu üçün baş dərisinin də səpməsi, piy vəzilərinin qabarması, tutulması, sızanaqlar, hətta irinli sızanaqların olması dəri üçün xarakterik bir şeydir və təəcüblü deyil.
Belə sızanaqlar çıxan insanların baş dərisi qaşınır, dəri sanki şişkin olur, toxunduqda ağrı verir, saçlar tökülür, yağlı olur, dəridə qızartı yaranır. Kəpək və qabıqlanma da baş verir. Adi sızanaqlar irinli hala keçib quruyur, sarı, qopan, ağrılı qabıq kimi qalır.
Əgər bu problem vaxtında müalicə olunmasa, iltihab bütün baş dərisinə yayılır, nəinki epidermis, saç kökləri də zədələnir. Burdan da saçların alalı, ocaqlı tökülməsi başlayır.
Səbəblər:
-Gigiyena qaydaları, yuyulmada səhvlər, şampunlar
-Dermatoloji xəstəliklər- seboreya, mikoz, psoriaz, follikullit
-Sinir, səbəb, xroniki yorğunluq
-Piy vəzilərinin normadan artıq yağ ifrazı, basin gec yuyulması
-Baş dərisinin quruluğu
-Daxili xəstəliklər: qalxanvari vəz, qaraciyər, öd, bağırsaqlar
-Virus, infeksiyalar – irinli yaralara səbəb olur
-Qadınlarda bu problem ginekoloji xəstəliklərlə də əlaqədar olur
-Kişilərdə cinsi –uroloji problemlər
Müalicəsi:
-Ilk növbədə sızanaqlar, irinli səpkilər olan baş dərisini ucu iti daraqla daramaq, onları sıxmaq olmaz.
-Baş dərisini xlorgeksidinlər dezinfeksiya etmək
-Şampunu, sabunu dəyişmək, daha təbii, organic və ya uşaq şampunu istifadə etmək
-Müalicə üçün trixoloq və ya dermatoloqa müraciət etməli
-Əgər özbaşına müdaxilə etsəz dəriyə infeksiya salıb, iltihabı yaya və başda izlər, çapıqlar qoya bilərsiz
Diaqnoz üçün baş dərisinə xüsusi mikroskop altında baxılır, qan və hormon analizi verilir.
Müalicə üçün : infeksiya, virus varsa, o aradan qaldırılır
Yerli olaraq aparat, mezoterapiya,, kosmetik prosedurlar aparılır. Bunu peşəkar həkim kosmetoloq aparmalıdır.
Xüsusi maz, losyon, şampunlar təyin edilir. Həkim dermatoloq yazmalıdır
Oglumda bas derisinde sepkiler yaranib.Kiminle elage saxliya bilerem?
Baş derisi altında sızanaqların müalicesi
salam mənim oğlumda bu yazılan prablemlır var kiminlə necə əlaqə saxlıya bilərəm