Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısının ən çox bilinən səbəbləri stres və miqrendir.
Bu ağrıların bəziləri bir neçə saat ərzində keçir, bəziləri isə həyati təhlükə yarada biləcək ciddi bir xəstəliyin əlaməti ola bilər.
Medicina.az xəbər verir ki, “Journal of Headache and Pain” elmi jurnalında dərc olunan yeni tədqiqata görə, bu gün dünyada hər 6 nəfərdən biri başağrısı problemi yaşayır.
1961-2022-ci illər arasında dünyada müxtəlif dövrlərdə fərqli araşdırmalar nəticəsində 357 tədqiqatı qiymətləndirən alimlər dünya əhalisinin 52 faizinin aktiv başağrısı pozuntusundan əziyyət çəkdiyini qeyd ediblər. Professor nevroloq Dilek Necioğlu Örken bəzi hallarda başağrısının ciddi bir xəstəlik ola biləcəyini deyib.
“Əgər şiddətli başağrınız varsa, tezlik və şiddət tədricən artırsa, ağrınız həmişə eyni tərəfdədirsə, hərarət, ürəkbulanma, arıqlama kimi əlamətlər müşayiət olunarsa, hamiləsinizsə, yaxın vaxtlarda dünyaya uşaq gətirmisinizsə - bu hallarda başağrınızı ciddi qəbul etməli və həkimə müraciət etməlisiniz”.
Tədqiqatçılar dünya əhalisinin 7 faizinin miqrendən, 9 faizinin isə gərginlik, stres səbəbi ilə yaranan başağrısından əziyyət çəkdiyini bildirib. Cinsiyyət də başağrısı pozuntusunda əhəmiyyətli bir faktor olaraq ön plana çıxır. Qadınların yüzdə 17-si miqren keçirir, kişilərdə isə bu nisbət yüzdə 8,6 kimi qeyd olunur. Bir ayda ən azından 15 gün hiss edilən başağrısi müddəti də qadınlarda kişilərə nisbətən daha çox qeydə alınıb. /azertac/