Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısını yox edən təbii üsullar

  • 2025.03.19 10:00
  • 235 Baxış
Baş ağrısını yox edən  təbii üsullar

Baş ağrısı gündəlik həyat keyfiyyətinə mənfi təsir edən ümumi bir problemdir. Stress, yorğunluq, susuzluq və ya hava dəyişiklikləri kimi bir çox müxtəlif səbəblərdən yarana bilər.



Medicina.az xəbər verir ki, ağrı kəsicilərə müraciət etməzdən əvvəl təbii və təsirli üsullarla bu narahatlığı aradan qaldırmaq mümkündür.

Baş ağrılarını tez bir zamanda aradan qaldıran bəzi təbii üsullar...

Zəncəfil çayı

Zəncəfil iltihab əleyhinə xüsusiyyətləri sayəsində baş ağrılarını aradan qaldıra bilər. Bir stəkan qaynar suya təzə rəndələnmiş zəncəfil əlavə edib dəmləyib içə bilərsiniz.

Nanə yağı

Gicgahlara bir neçə damcı nanə yağı çəkmək və yüngül masaj etmək qan dövranını artıraraq ağrıları aradan qaldırar.

Lavanda yağı buxarı

Bir kasa isti suya bir neçə damcı lavanda yağı əlavə edib buxarını nəfəs alın. Lavanda rahatlaşdırıcı təsiri ilə baş ağrılarını kəsə bilər.

Buz paketi

Alnınıza və ya boyun nahiyəsinə soyuq kompres tətbiq etmək damarları sıxaraq ağrıları azaltmağa kömək edər.

Maqnezium əlavəsi

Maqnezium çatışmazlığı baş ağrısına səbəb ola bilər. Badam, balqabaq toxumu və banan kimi maqneziumla zəngin qidalar faydalı ola bilər.



Bol su içmək

Dehidrasiya baş ağrısının ümumi səbəblərindən biridir. Kifayət qədər su içmək ağrıları aradan qaldırar..

Aygün
Medicina.az