Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısını və stresi azaldan soyuq çay RESEPTİ

  • 2024.05.24 14:14
  • 1503 Baxış
Baş ağrısını və stresi azaldan soyuq çay  RESEPTİ
Reyhan həzm sistemi üçün faydalı qida hesab olunur.

Medicina.az xəbər verir ki, reyhan, həmçinin soyuqdəymənin dərmanıdır. Üstəlik reyhandan bədəni yeniləmək və enerjini artırmaq üçün də istifadə etmək olar.

Onun digər faydalarını belə sıralamaq olar:

- Antioksidan və antibakterial xüsusiyyətlərə malikdir.

- İmmunitet sistemini gücləndirir.

- Tənəffüs yolu infeksiyalarından qoruyur.

- Bulantı və qusmanı aradan qaldırır.

- Baş ağrısını aradan qaldırır.

- Stresi azaldır.

- Yuxuya getməyi asanlaşdırır.

Reyhanı yeməklərdə və salatlarda istifadə etməklə yanaşı daha güclü təsir üçün aşağıdakı resepti sınaqdan keçirə bilərsiniz:

Bir stəkan qaynar suya qurudulmuş reyhan yarpaqları əlavə edin. 5-10 dəqiqə dəmləndikdən sonra içərisinə yarım limonun suyunu əlavə edib için. Bu çayı ilıq və ya soyuq halda içmək məsləhətdir. Gündə bir dəfə istehlak etmək olar.


Aysel