Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısını kəsən möcüzə vasitələr – Nevroloqdan

  • 2023.09.13 16:10
  • 2611 Baxış
Baş ağrısını kəsən möcüzə vasitələr  – Nevroloqdan
Baş ağrıyan kimi dərhal ağrıkəsicilərə qaçmaq lazım deyil, bu ən asan yoldur. Sonradan ağrılar dərmanlara dözümlü olur. Baş ağrılarını nəzarətə almağın daha sadə yolları var.


“Medicina” xəbər verir ki, nevroloq Vitalina Kozlova baş ağrısı ilə bağlı metodlar açıqlayıb.


“Əzələləri boşaldan, bədəni rahatladan hərəkətlər, masaj, maye qəbulu, bəzi çaylar, hətta kofein baş ağrısını yüngülləşdirə bilər.


Baş ağrılarını kəsməyin sirri həmin an orqanizmə qulaq asmaq, ona istədiyini verməkdir.
70% hallarda baş ağrıları yorğunluq və gərginlikdən olur.

Eləcə də susuzlaşma baş ağrısını, miqreni tətikləyir.

Başınız ağrıyırsa, həmin gün çox uzanın, yatın, bol su için, çaylardan nanə, çobanyastığı çayı uyğundur.

Dərindən nəfəs hərəkətləri, yoqa, meditasiya, relaks hərəkətləri, bəzi efir yağları, aromaterapiya qədimdən baş ağrısına qarşı vasitələrdir. Heç nə dəyişməyib. Ağrı və insan orqanizminə təsiri mexanizmi eynidir.

Alına və ya boyuna soyuq kompress də çox yaxşı təsir edir.

Başın ağrıyanda heç nə etməmək, ağrını iqnor edib, keçəcəyini gözləmək də səhvdir və bədənə əlavə stresdir. Bununla ağrılar xronikləşə bilər, o zaman dərman da təsir etmir”.

Aygün Musayeva