Baş ağrısı insanların gündəlik olaraq qarşılaşdığı sağlamlıq problemlərindən biridir.
Medicina.az xəbər verir ki, dərman içmədən və heç bir kimyəvi maddəyə məruz qalmadan baş ağrısını təbii üsullarla dayandırmaq olduqca asandır.
Bu üsullardan ən təsirlisi isə xüsusi hazırlanan buxardır. Məlumata görə, orta əsrlərin ən böyük təbiblərindən olan, reseptləri indi belə aktuallığını qoruyub saxlayan İbn Sina da baş ağrısından əziyyət çəkənlərə bu üsulu məsləhət görürmüş.
Tərkibi:
Çay ağacı yağı,
Qurudulmuş nanə,
Ekalipt yarpaqları.
Hazırlanması:
5 stəkan içməli suya 10 damcı çay ağacı yağı, 5-6 ədəd evkalipt yarpağı və bir çay qaşığı qurudulmuş nanə əlavə edərək qaynamağa qoyun. Su qaynadıqdan sonra onun buxarı ilə dərindən nəfəs alın. Proseduru 7-10 dəqiqə davam etdirmək lazımdır.
Ehtiyac yaranarsa, gün ərzində 2 dəfə tətbiq edilə bilər.
Qeyd edək ki, bu üsul əsəbləri də sakitləşdirir.
Aysel