Daimi baş ağrılarından şikayətçisiniz? Dərmanlar kömək etmir? Sübut edilmiş "nənə" üsullarını sınamaq olar.
Evdə çay, bal, kartof və alma sirkəsi varsa, narahat olmağa dəyməz.
Çay
Spazmanı götürür, qan dövranını bərpa edir, qan təzyiqini aşağı salır. Oksigen beyin hüceyrələrinə sərbəst daxil olur, baş ağrısı səngiyir və tonus düşür .
Bir stəkan qaynar suya 1-2 çay qaşığı qara və yaşıl çay qarışığı töküb, bir çimdik quru nanə əlavə edin və bal ilə için.
Bal və alma sirkəsi
Daimi baş ağrısı və migrenə bu məhsullar çox təsirlidir. Səhər yeməyi, nahar və axşam yeməyi zamanı 2 çay qaşığı bal yeyin.
Daha effektli təsir alma sirkəsi ilə bal qarışığıdır. Məhsullar təbii və yüksək keyfiyyətli olmalıdır.
Yatmazdan əvvəl qəbul edilən bal sakitləşdirici təsir göstərir. Bir stəkan isti suya bir çay qaşığı bal əlavə edin. Bir dilim limonla için.
Alma sirkəsi ilər buxar hamamı ağrıları aradan qaldırmağa kömək edir. Bir qaba eyni miqdarda qaynar su və alma sirkəsi töküb qarışdırılır. Buxarlanması üçün qab vam odda qazın üzərinə qoyulur. Təhlükəsizlik tədbirlərinə riayət etmək üçün nəfəs almaq lazımdır. 75 nəfəs almaq məsləhətdir.
Bəzən, baş ağrısı inadkarlıqla davam edir və daim təkrarlanır. Xalq təbabətində qırmızı qabıqlı kartofu tövsiyə edilir. Gündə dörd dəfə kartofun suyu təzə halda çəkilir. Yeməkdən əvvəl və gecə fincanın dörddə biri qədər qəbul edilir. Bundan sonra sistematik ağrı kəsməlidir.
Yüksək qan təzyiqi ilə əlaqəli olan baş ağrısı zamanı da kartof pəhrizi buyrulur.