Baş ağrısı hər hansı bir patoloji xəstəliklərin səbəbi nəticəsində baş verə bilər.
Baş ağrılarının 96%-i xoş xasiyyətlidir. Lakin bəzi baş ağrılarının ciddi səbəbi var.
Buna görə də həkimlər bu tip xəstəliyə meyilli olanları diqqətlə təhlil edir, xəstənin anamnezini götürür və fiziki müayinə aparır.
“Medicina” xəbər verir ki, həkim Füzuli Hüseynovun sözlərinə görə , qidalanma baş ağrılarında əsas rol oynayır. Birinci növbədə qidalanmada tərəvəz qəbulu daha çox olmalıdır.
“Bu zaman qanın durulaşması baş verəcək ki, bu da orqanizmdə qan dövranının düzgün dövran etməsinə səbəb olacaq.
İkinci növbədə çiy su qəbulunu artırmalıyıq. Bu da qanın durulaşmasına səbəb olur”.
Həkim bildirir ki, o bir çox xəstələrini sadəcə çiy su ilə müalicə etmişdir. O, xəstələrində bir- iki həftə çiy su içdikdən sonra baş ağrılarının kəsildiyini də deyib.
Siqaret çəkmək də baş ağrılrına səbəb olur. Çünki siqaret çəkərkən beyin damarları yığılır. Nəticədə beynin qidalanması pozulur, baş ağrılarına gətirib çıxarır.
Günay Quliyeva