Hazırda baş ağrılarının ən çox rast gəlinən səbəbi stress, gərginlik, oturaq həyat, göz əzələlərinin telefon və komputerdən gərginliyi, təzyiq, boyun əzələlərinin gərginliyi, nevroz və s.-dir
Eləcə də triggerlərdən biri qanazlığıdır.
"Medicina" xəbər verir ki, çox zaman ağrıkəcisi dərman belə çıxış yolu olmadığı üçün baş ağrısına alternativ yollar axtarılır.
Bəzən xəstənin dərmanı içməyə imkanı olmur və ya hamilə qadınlara dərman olmaz.
Bu halda həkimlər 4 müalicə metodunu tövsiyə edir: relaks masaj kursu, yumşaq manual terapiya, osteoatik seanslar və bitki çayları, dəmləmələri.
Alimlər bu müalicələrin baş ağrılarına təsiri ilə bağlı 2 qrupda müşahidələr aparıb.
Bir qrupa masaj və manual terapiya olunub, ikinci qrupa isə yalnız masaj tətbiq edilib.
8 həftədən sonra hər iki qrupda müsbət nəticələr müşahidə olunub.
Bu prosedurlar baş ağrıların intensivliyini azaldır.
Belə bir imkan yoxdursa, özünüz də boyun yaxa hissəni yüngül masaj edə bilərsiz.
Boyun gimnastikası və aşağı yuxarı hərəkətlər, eləcə də gözlərə dinclik baş beyin qan dövranını yaxşılaşdırır.
Aygün Musayeva