Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısına səbəb olan 10 QİDA – Bu triqqerlərdən uzaq olun

  • 2019.12.02 18:03
  • 9746 Baxış
 Baş ağrısına səbəb olan 10 QİDA –  Bu triqqerlərdən uzaq olun

Baş ağrısı stress, yorğunluq, xəstəliklər, hava, aclıq səbəbindən yarana bilər. Eləcə də qidalar, yemək də baş ağrısı triqqeri, yəni tətikləyici səbəblər siyahısına daxildir.

Tədqiqat fondunun miqren, baş ağrısında qida triqqerlərinin rolu barəsində araşdırmasında bildirilir ki, dünya əhalisinin 10%-i qida triqerlərinə qarşı həssasdır. Lakin miqrenə konkret olaraq hansı qidanın səbəb olmasını tapmaq çox çətindir. Hər insana müxtəlif qidalar təsir edir.

Medicina.az miqren və baş ağrısı yaratması daha çox güman edilən qidaları təqdim edir:

1. Kofein tərkibli içkilər – çay, kofe, kapucino, kola

Mütəmadi miqren və baş ağrıları olan insanların tədricən kofein tərkibli içkiləri azaltması göstərdi ki, 92% hallarda baş ağrısı itib. Əgər uşaqlarda baş ağrıları çox olursa, deməli onlar kofein çox qəbul edir.

2. Bəzi pendir növləri – feta, mosarella, parmezan, bri, mavi pendir, kifli pendir və s. Pendirdə olan tiramin baş ağrısı yaradır.

3. Alkoqol – qırmızı şərab, pivə, şampan, viski, çaxır 25% insanda miqren yaradır

4. Şokolad – onda olan beta-feniletmilamin beyin qan damarlarını genişləndirir

5. Qidalara qatılan süni şəkərləndiricilər – Tərkibində aspartam olduğu üçün baş ağrısı verir

6. Tərkibində qlutamat natrium olan qidalar- konservlər, souslar, dondurulmuş qidalar 15% hallarda miqren tutması yaradır

7. Texniki işlənmiş ət - ət delikatesləri, sosis, kolbasa, hisə verilmiş ət, vetçinada olan oksid azod qana düşdükdə, baş qan damarları genişlənir, miqren başlayır

8. Duzlu, şoraba, marinad – zeytun, kələm, xiyar, göbələk.

9. Dondurulmuş qidalar – süd, smuzi, kokteyl, dondurma

10. Duzlu qidalar – müxtəlif krekerlər, peçenyelər və s. təzyiqi artırır, konservantlar kəskin baş ağrısı yaradır

Ona görə mütəxəssislər, baş ağrıları və miqreni olanlara birinci növbədə bu qidaları rasiondan çıxarmağı tövsiyyə edir. Bir qidanı menyudan çıxarın və 2 ay müşahidə edin. Əgər baş ağrıları varsa, miqren tutursa, deməli, o qida triqqer deyil. Digərlərini sınayın