Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bu gün hər 10 nəfərdən 7-si müxtəlif formalı baş ağrılarından əziyyət çəkir. Adətən baş ağrıları ciddi xəstəlik əlaməti olmur, gərginlik tipli olur və tətikləyici qıcıqlardan başlayır.
Amma elə baş ağrıları var ki, yanaşı əlamətlərlə gedərsə, bir çox xəstəliklərdən xəbər verə bilər.
Medicina.az Avropada, dünyada Dünya Səhiyyə Təşkilatının tövsiyyələri ilə başı ağrıyan insanın hansı dərmanlardan istifadə edə biləcəyini açıqlayır.
Araşdırmalara və tibbi təcrübələrə görə baş ağrısı üçün bu gün ən effektiv hesab edilən dərmanlardan ilk öncə bunlar seçilməlidir:
-Kombinə olunmuş preparatlar Asetilsalisil turşusu – 250 mq, parasetamol 200 mq, kofein 50 mq
- İbuprofen 400 mq
-Diklofenak 12 mq
-Parasetamol 500 mq, kofein 65 mq
Yəni baş ağrısında bu 4 variandan birini seçib qəbul edə bilərsiz
Əgər ağrı şiddətlidirsə və bunları etdikdə keçmirsə, növbəti dəfə 1000 mq dozada parasetamol seçilir
Əlavə olaraq, baş ağrıdıqda ilk növbədə aclıq və susuzluq kimi səbəblər aradan qaldırılmalıdır.
Sakitliyə çəkilib yuxuya getməyə çalışın
Baş ağrıyan gün qəhvə, tünd çay, alkoqol içmək olmaz
Əgər baş ağrısı gözün qaralması, üzün səyriməsi, qusma, danışıq və motorikanın pozulması ilə yanaşı gedirsə, təcili həkimə getməlisiz