Başı günlərlə ağrayan, eyni zamanda baş damarlarının spazmını keçirənlər, yüksək təzyiqdən əziyyət çəkənlər üçün az qala havayı başa gələcək qədim metodu araşdırdıq.
Əgər vaxtlı-vaxtında duzlu sarğıları qoysaz baş ağrısı, miqren, spaz, təzyiq oynaması və buna bağlı ürəkbulanmanı unuda bilərsiniz.
Möcüzə vasitəni hazırlamaq üçün 2 çay qaşığı adi duzu və ya qaya duzu (iri duz) 60 dərəcə qızdırılmış 250 ml suda həll edin.
Tənzifi bir qədər enli (alnınızı tutacaq qədər) 8 qat qatlayın. Əvvəlcə üzünüzü,boynunuzu və qulaqlarınızı isti su ilə yuyun. Sonra tənzifi duzlu suya salıb 1-2 dəqiqə saxlayın, çıxarıb sıxın və alın hissənizə bir qədər başa doğru qoyub bintlə və ya yaylıqla sarıyın. Yaylıq pambıqdan olmalıdır. Polietilen paket, sellofan olmaz.
Bu sarğını beləcə 1 saatdan 12 saata kimi saxlaya bilərsiz. Sarğıda olan duz orqanizmin hüceyrələri ilə reaksiyaya girəcək, dəri vasitəsilə toxumalardan və toxumalar arasındakı mayedən zərərli toksinləri sovuracaq.
Müntəzəm etdikdə təzyiq normallaşır, baş ağrıları gedir, insanın sanki başı rahatlanır.