Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısı və bağırsaq spazmına qarşı dərman bitkisi

  • 2022.09.19 14:38
  • 3117 Baxış
Baş ağrısı və bağırsaq spazmına qarşı   dərman bitkisi

Dağ kəkotusu adi kəklikotu ilə eyni xüsusiyyətlərə malikdir. Lakin ondan daha güclü təsir göstərir. İmmuniteti gücləndirir, soyuqdəyməyə yaxşı təsir edir, qripin qarşısını alır.


"Medicina" xəbərinə görə, fitoterapevt Elnur Eldaroğlu bildirib ki, dağ kəklikotusu spazmlara yaxşı təsir edir.


Baş ağrısı, bağırsaq spazmı zamanı dağ kəklikotusundan istifadə edə bilərsiniz. Bu bitki həm də güclü antiseptik və antibakterial təsirə malikdir. Buna görə də, kəklikotu dəmləməsindən ağız boşluğu iltihabları üçün qarqara vasitəsi kimi istifadə edilir.



"Dağ kəkotusu bəlğəmgətiricidir. Öskürək, bronxit zamanı xəstənin vəziyyətini yaxşılaşdırır. İki xörək qaşığı 1 stakan qaynar suda dəmlənilir və gün ərzində iki dəfə içilir".

Aygün Musayeva