Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısı ilə evə gəldi, otağında cansız bədəni tapıldı

  • 2019.11.13 18:28
  • 7624 Baxış
Baş ağrısı ilə evə gəldi, otağında cansız bədəni tapıldı

21 yaşlı qızın meningit xəstəliyindən öldüyü məlum olub. Qızının ölümündən şoka düşən anası açıqlamasında bildirib ki, o, evə gələndə başının ağrıdığını və halsız olduğunu deyib və öz otağına keçib.


Qadının dediyinə görə, qızı su ilə 2 ədəd parasetamol dərmanı da qəbul edib.

 

Medicina.az xəbər verir ki, İngiltərədə, Qeytshed qəsəbəsində yaşayan Jessica Cain öz otağında dünyasını dəyişib.


"Səhər qızımı oyandırmaq istədim, cavab vermədi", - Shelia Rowell Chronicle Live-ə  açıqlamasında söyləyib.


Qeyd edək ki, meningit - baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar, viruslar , parazitlər və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.-dir.