Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş ağrısı, enerjisizlik, saç tökülməsi... – Qanda bunu azaldın

  • 2023.06.14 12:18
  • 3041 Baxış
Baş ağrısı, enerjisizlik, saç tökülməsi...    –  Qanda bunu azaldın
Baş ağrılarından, enerji çatışmazlığından əziyyət çəkirsinizsə, yaxşı yata bilmirsinizsə, üzünüzdəki səpkilərdən, yağlı dəri və saç problemlərindən xilas ola bilmirsinizsə, şəkəri tamam aradan qaldırmağa cəhd edin. heç olmasa qəbul etdiyiniz şəkərin miqdarını azaldın.


“Medicina” xəbər verir ki, endokrinoloq Antonina Quriyevanın sözlərinə görə, bu simptomlar orqanizm üçün real təhlükə olduğunu göstərir.


“Bu hallar rqanizmdə həddindən artıq şəkərin olduğunu göstərir.
İlk növbədə, daimi yorğunluğa diqqət yetirməlisiniz.

Şirniyyatlarla qəlyanaltı etməyi sevən insanlara şəkər qısa müddətə enerji verir və nəticədə zəiflik yaradır.
Soyuqdəymələrin tez-tez baş verməsi də bədəndə həddindən artıq şəkərin olduğunu göstərir.

Şəkər dərman kimi həddindən artıq dopamin istehsalını təhrik edir. Beyində qlükozanın kəskin sıçrayışı əlavə doza ehtiyacına səbəb olur və beyin bu qida çağırışını real aclıqdan fərqləndirmir.

Bədəndə yüksək şəkər səviyyəsi həzm sisteminin pozulmasına səbəb olur.

Şəkər həyati vacib orqanlara mənfi təsir göstərir. B qrupunun vitaminləri yuyulur, fosfor və kalsium balansı pozulur, ürək, böyrəklər, mədəaltı vəzi və digər orqanlarda problemlər yaranır.

Şəkər bizi enerjimizdən məhrum edir.
Buna görə də sağlamlığınıza nəzarət etmək, şəkər qəbulunu azaltmaq və qida rasionunuza daha çox sağlam qidalar daxil etmək tövsiyə olunur”.

Aynurə Məmmədova