Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Barmaqların keyiməsi, ayaqda, sol tərəfdə ağrı– Nevrolojidir, yoxsa?

  • 2020.10.30 18:25
  • 87544 Baxış
Barmaqların keyiməsi, ayaqda, sol tərəfdə ağrı – Nevrolojidir, yoxsa?

Havaların soyuması ilə bir çox insanlar əl-ayaq, barmaq ağrısı, uyuşması, qabırğalarda, beldə küt spazm, ağrılardan, hissiyatın dəyişməsindən, burnun tutulması, qoxubilmənin dəyişməsindən şikayət edir.


Bəs bu hallar orqanizmdə niyə baş verir, bir çox həkimlərin dediyi kimi nevroloji, sinir mənşəlidir, yoxsa daha ciddi xəstəliklər axtarmalı?


- Medicina.az bu simptomların nevroloji və digər səbəblərini təqdim edir.


I Problem

Əl-ayaq barmaqları keyiyir, yatanda qıcolmalar olur, ağrılar başlayır, heç cür rahatlamır, ağrı sanki sümüklərə yayılır – Bu vəziyyətin səbəbi artroz, artrit, revmatoid artrit, kiçik damarların zədələnməsi, sidik turşusu və duzların artması, periferik sinirlərin zədələnməsi ola bilər. Eləcə də kalsium, D vitamini, B6, B12, maqniy yetməzliyində də eyni ağrılar olur

Fiziki yorğunluq, asteniya, infeksiyalardan sonra və nevroz insanlarda da çox rast gəlinir. Ona görə bu əlamətlərdə ilk növbədə nevroloq və revmatoloqa müraciət etmək lazımdır
Qırmızı ət, duzlu qida, şokolad, qırmızı ət, yağlı qızarmış yeməklər də problemin kökündədir.


II Problem - ayaqlarda uyuşma, qarışqa gəzmə hissi, dəridə gərginlik

Ayaqlarda venoz çatmamazlıq, varikoz, kiçik damarların revmatoloji xəstəlikləri, ateroskleroz, şəkərli diabet, periferik sinirlərin zədələnməsi zamanı olur. Eləcə də tunel sindromları, onurğada sinirin yırtıq səbəbindən sıxılması, dağınıq skleroz, beyin qan dövranı pozulmasında da baş verir

III Problem
Görmənin qəfil pisləşməsi, dumanlı görmə

Göz həkimi gözlərə bağlı elə də ciddi dəyişiklik görmür. O zaman nevroloq müayinəsi lazımdır. Bu vəziyyət baş beyin qan dövranı pozulması, onurğa arteriyasında tutulma, sıxılma, insult, boyun ostexondrozu, ürək problemlərində olur.

IV problem
Beldə ağrılar

Heyvanlarda onurğa ilə problemlər insandakı qədər olmur. Çünki onlar 2 ayağı üzərində dayanmır. Onurğada fəqərə, disk problemi, ostexondroz, onurğanı tutan əzələ qrupunun ağrıları, fiziki yük, birləşdirici toxumanın zəifliyi ağrılar verə bilər.

Sağlam insanın beli ağrımamalıdır. Buna adi yanaşmaq olmaz. Savadlı nevroloq sadəcə əllə müayinə zamanı ağrının əzələ mənşəli olduğunu ayırd edə bilir. Əgər əzələ mənşəli deyilsə, onurğa rentgeni və ya MRT çəkimi mütləqdir.
Bu kimi problemlərdə dərman müalicəsi ilə yanaşı fiziki hərəkət, idman, masaj, fizioterapiya daha effektivdir. İnsan həyat tərzini dəyişməli, əzələlərini möhkəmlətməlidir.

Qadınlarda adətən hamiləlik və doğumdan sonra onurğaya əlavə yük düşdüyündən bu problemlər başlayır.

V Problem
Döş qəfəsinin sol tərəfindən ağrı – ürəkdir, yoxsa qabırğalararası nevralgiya

İnsanları və həkimləri çaşdıran birinci problem.
Qabırğarası nevralgiyanı daxili infeksion xəstəliklər, hepres, viruslar, eləcə də miozit kimi iltihabi xəstəliklər yarada bilər. Yəni bu sümük və ya əzələ ağrısı deyil. Ən təhlükəlisi sol tərəfdə ürəyin olmasıdır, çünki infarkt və stenokardiya zamanı da eyni bənzər ağrı olur.

Ürək-damar xəstəlikləri, yüksək təzyiq, diabet, idmançılar, oturaq işdə çalışanlar, infeksion xəstəlik keçirənlər, ciddi soyuqdəyməsi olanlarda bu ağrı olur.

Dərhal maz, krem çəkib masaj etmək olmaz. Əvvəlcə ürək yoxlanmalıdır.
Bu xəstəliyi kardioloq, infeksionist və nevroloq həll edir.