Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Barmaqları amputasiya olunan Ramiz Əzizbəyli özünü necə hiss edir?

  • 2019.01.15 15:03
  • 7431 Baxış
Barmaqları amputasiya olunan Ramiz Əzizbəyli özünü necə hiss edir?
 

Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində irəliləyiş var.


Medicina.az xəbər verir ki, bu barədə Yenicag.az-a aktyor özü məlumat verib.


"Vəziyyətim yaxşı deyildi, ayaq barmağımı kəsdilər. Xəstəxanadan evə gətiriblər. Yataq şəraitindəyəm. İndi özümü yaxşı hiss edirəm. Amma ayağa qalxa bilmirəm. Həkim nəzarəti altında müalicəm davam edir”.


Qeyd edək ki, Xalq artistinin ayağında qanqrena yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.