Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Barmaqlarda uyuşma “qrıjadan” ola bilər- Həkimlər

  • 2023.07.10 18:55
  • 1493 Baxış
Barmaqlarda uyuşma “qrıjadan” ola bilər - Həkimlər
Əksər hallarda bel ağrısına səbəb olan yırtıqlar öz-özünə yox olur. Həkim – nevroloq yırtıq meydana gəldiyi zaman bir insanın yaşadığı ağrı, ümumiyyətlə sinir köklərinin mexaniki sıxılmasının səbəbini iltihabda da görür.



“Medicina” xəbər verir ki, xəstələrin şiddətli ağrılardan şikayət etdiyi hallarda belə, yırtıq öz-özünə azala bilər və ağrı əvvəlcə azalıb, sonra keçə bilər. Xəstələrə sadəcə. səbirli olmaq və müsbət dəyişiklikləri gözləmək lazımdır.


Nevroloji radikulyar simptomlar üç-altı həftə ərzində yox olur və yırtıqların azalması isə iki aydan sonra başlayır.
Ümumilikdə, yırtığın ağrılı simptomlarından xilas olmaq və onun azaldılması müddəti 2 aydan bir ilə qədər ola bilər.
Bu müddət ərzində yırtıqları çıxarmaq üçün cərrahi müdaxiləyə əl atmaq olmaz.


Cərrahi müdaxilə yalnız xəstədə yırtıq səbəbiylə anogenital nahiyədə sidik problemi, yüksələn parezi (zəifləmə) və uyuşma olduqda lazımdır.


Bununla belə, bəzi narahatlıqlar onurğada onların olması ilə əlaqələndirilir.


Aşağıdakı simptomlar belə bir yırtığı olduğunu göstərə bilər:

• gözlənilməz bel ağrısı
• barmaqlarda uyuşma


Günay Quluzadə