Dırnaq və barmaqların formasında dəyişiklik ağciyər xərçənginin xəbərçisi ola bilər.
Medicina.az xəbər verir ki, bu barədə "Express" nəşri yazıb.
Bildirilib ki, xəstələrin barmaq uclarında qalınlaşma və dırnaqların "baraban çubuqları simptomu" hipertrofik ağciyər osteoartropatiyasının əlamətləri ola bilər.
"Baraban barmaqlar" tənəffüs, ürək-damar və ya həzm sistemi xəstəliklərində də görünə bilər. Buna görə də təkcə xərçəng əlaməti sayıla bilməz. Bununla birlikdə, davamlı öskürək, hemoptizi və kilo itkisi kimi digər simptomlarla birləşdirildikdə bu simptom onkoloqun məsləhətlərinə ehtiyac olduğunu göstərəcək.