Kafe və barlardan qarışdırılan qəhvə və enerji içkiləri tərkibli kokteylləri içənlər infarkt keçirə bilər.
“Medicina” xəbər verir ki qastroenteroloq Olqa Mayorova tərkibində qəhvə və ya enerji içkiləri olan güclü spirtli kokteyllərdən infarkt və ya insult ehtimalı olduğunu açıqlayıb.
“Spirt və enerji içkilərinin və ya qəhvənin birləşməsi qan təzyiqinin kəskin artmasına və hətta krizə səbəb ola bilər. Bu, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Bundan əlavə, hər iki içki sidikqovucu təsirə malikdir və bu, ağır susuzluğa səbəb ola bilər. Bu da öz növbəsində başgicəllənmə, ürəkbulanma və digər simptomlara səbəb ola bilər.
Energetik içkilərin tərkibində kofein və alkoqol intoksikasiyasının əlamətlərini gizlədə bilən digər stimulyatorlar var. Bu, insanın əslində nə qədər spirt içdiyini dərk etməməsi ilə nəticələnir ki, bu da kəskin alkoqol zəhərlənməsi riskini artırır.
Bundan əlavə, araşdırmalar göstərir ki, araq və enerji içkisi kokteylləri içən insanların sərxoş vəziyyətdə xəsarət alma ehtimalı iki dəfə çoxdur.
Həmçinin, belə kokteyllərin müntəzəm istifadəsi asılılığa, mədəaltı vəzi ilə bağlı problemlər və şəkərli diabet riskini artırır”.
Aygün Musayeva