Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bananın gələcəyi təhlükə altındadır – Yoxa çıxa bilər

  • 2025.03.10 12:18
  • 243 Baxış
Bananın gələcəyi təhlükə altındadır  – Yoxa çıxa bilər

Qlobal iqlim dəyişikliyi banan istehsalını təhlükə altına alıb.


“Medicina” xəbər verir ki, Ekseter Universitetinin alimləri Latın Amerikası və Karib hövzəsində banan yetişdirmək imkanlarının sürətlə azaldığını müəyyən ediblər.


Qlobal istilik dünyanın ən məşhur və vacib kənd təsərrüfatı bitkilərindən birini risk altında qoyur.

2080-ci ilə qədər ixrac üçün banan yetişdirilməsi hazırda istehsal olunduğu regionların 60%-i üçün iqtisadi cəhətdən zərərli olacaq. Səbəb hava temperaturun yüksəlməsidir.
Banan əsas ixrac məhsuludur və hər il 11 milyard dollar gəlir gətirərək çox ölkələrin iqtisadiyyatında mühüm rol oynayır, lakin təcili uyğunlaşma tədbirləri olmasa, milyonlarla insan işlərini itirə bilər.

Kolumbiya və Kosta-Rika kimi ölkələr bananların böyüməsi üçün çox yüksək olan temperaturdan çox zərər çəkəcəklər. Eyni zamanda, Ekvador və Braziliyanın bir hissəsi hasilatı saxlaya biləcək, çünki bu bölgələrdə iqlim dəyişikliyi daha az dağıdıcı olacaq.

Tədqiqat həmçinin göstərir ki, istehsal uyğunlaşması işçi qüvvəsinin mövcudluğu və limanlara yaxınlıq kimi sosial-iqtisadi amillərlə məhdudlaşır.

Bu o deməkdir ki, banan plantasiyalarını daha əlverişli bölgələrə köçürmək çətindir.


Tədqiqata rəhbərlik edən professor Den Bebber adaptasiyaya təcili sərmayə qoyulmasına ehtiyac olduğunu vurğulayıb:


“İqlim dəyişikliyi təkcə ətraf mühiti deyil, həm də qlobal ərzaq təhlükəsizliyini təhdid edir. Təkmil suvarma və istiliyə davamlı banan sortlarının inkişafı da daxil olmaqla uyğunlaşmaya böyük sərmayə qoyulmadan banan ixracı istehsalının gələcəyi qeyri-müəyyən olaraq qalır”.


Aygün Musayeva