Hər gün 2 banan yeyən adamların təzyiqi aşağı salması üçün dərman tələb olunmur.
Medicina.az xəbər verir ki, Norveç alimləri araşdırma zamanı bu qənaətə gəliblər.
Hər kəsin sevərək yediyi banan üzvi, xüsusilə alma turşuları, efir yağları və mədə-bağırsaq xəstəliyində faydalı nişasta ilə zəngindir. Tərkibində C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər vardır.
İnsan orqanizmində serotonin əmələgətirmə qabiliyyətinə malikdir ki, buna da xoşbəxtlik harmonu deyirlər.
Arterial təzyiqi olan adamlara banan tövsiyə edilir.
Qəbizlik zamanı isə 150 qr bananın üzərinə küncüt səpib yemək məsləhətdir. Mütəxəssislər bunu 7 gün davam etdirməyi mühüm bilirlər.
Latın Amerikasında göy öskürəyi və güclü öskürəyi bananla müalicə edirlər. Bunun üçün çox dəymiş 2 ədəd bananı ələkdən keçirdib bu kütlənin üzərinə 1 stəkan isti su tökün. Bu içkidən qaynar halda, gündə 1-2 stəkan qurtum-qurtum için.