Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Banan yeyib arıqlamağın sirri

  • 2023.10.17 15:02
  • 1712 Baxış
Banan yeyib arıqlamağın    sirri

Artıq kiloqramlardan azad olmaq üçün banandan imtina etməyə gərək yoxdur.

“Medicina” xəbər verir ki, plastik cərrah Karan Rac banan yeyib arıqlamağın mümkünlüyünü bildirib.

“Arıqlamaq istəyənlər tam yetişməmiş, yaşıl banan yeməlidir. Yaşıl meyvədə rezisdent nişasta çoxdur, o isə liflərə bənzəyir.

Nəticədə belə banan bağırsaq bakteriyalarının xoşladığı prebiotikə çevrilir.

Rezisdent nişasta qanda qlükozanı yüksəltmir, buna görə diabetlər və pəhrizdə olanlar üçün faydalıdır.

Banan yetişdikcə bu nişasta sadə karbohidrata çevrilir. Amma hətta tam yetişmiş, qaralmış bananın belə digər faydası var. Qəhvəyiyə çalan bananda antioksidantlar çoxdur.

Bu da bütün orqanizmə faydalıdır”.

Aygün M.