Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Banan və limon qarşımının təsirləri təəccübləndirir – Necə istifadə etməli?

  • 2024.05.30 19:48
  • 1317 Baxış
Banan və limon qarşımının təsirləri təəccübləndirir –  Necə istifadə etməli?
Orqanizm üçün faydalı olduğu deyilən qarışımlara daha biri əlavə olunub. Son zamanlar banan və limon qarışımı məşhurlaşıb.

Banan və limon tək istehlak edildikdə də orqanizm üçün çox faydalı olan meyvələrdir. Hər ikisinin tərkibindəki komponentlər bədəndəki xəstəlikləri və müxtəlif problemləri aradan qaldıra bilir. Ancaq onların dueti müsbət təsirlərini daha tez göstərir.

Medicina.az sağlam qidalanma tendensiyaları arasına qatılan bu ikilinin faydalarını təqdim edir:

- Həzmsizliyi aradan qaldırır. Banan liflə zəngin olması və həzmə kömək etməsi ilə tanınır. Xüsusilə qəbizlik problemi olanlar üçün banan bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir.

- Limon mədə turşusunu balanslaşdıraraq həzm sistemini sağlam saxlayır. Qarışım mədə turşusunu tənzimləmə xüsusiyyəti sayəsində həzmsizlik və şişkinlik problemlərinin qarşısını alır.

- Xüsusilə məşq etməzdən və ya yorucu gündən əvvəl banan istehlakı enerjinizi artıra bilər. Eynilə, limon şirəsi də bədənin enerji istehsal etməsinə kömək edir.

- Daha sağlam və yüngül hiss etdirir.

- C vitamini mənbəyi olan limonun immunitetə və xəstəliklərə qarşı təsiri məlumdur. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə edilməli olan ən əsas və təbii vasitələrdən biri limondur. Limondakı C vitamini və banandakı B6 vitamini xəstəliklərə qarşı müqaviməti artırır.

- Kalium qan təzyiqini tənzimləməyə kömək edən bir mineraldır. Daimi kalium qəbulu hipertoniya riskini azaldır və ürək sağlamlığını qoruyur. Bananın tərkibində çoxlu kalium var. Yüksək təzyiq probleminiz varsa, müntəzəm olaraq banan və limon qarışımı istehlak edin. Qan təzyiqi təbii olaraq balanslaşacaq.

- Dərini yaxşılaşdırır. Limonu bananın üzərinə sıxıb istehlak etdikdə dəri daxildən təmizlənir. Dərinizin daha sağlam olmasını istəyirsinizsə, bu qarışımı sınaqdan keçirin. Həzm sistemi və bağırsaqları tarazlaşdıraraq sizi dəri problemlərindən xilas edəcək.

- Limon şirəsi qan şəkərini tənzimləməyə kömək edə bilər. Limonun turşuluğu mədənin boşalmasını yavaşlatmaqla karbohidratların həzminə kömək edir. Banandakı təbii şəkərlərlə birləşdirildikdə, qan şəkəri balanslaşır.

Bütün bu faydalardan yararlanmaq üçün bananı dilimləyib üzərinə təzə sıxılmış limon şirəsi əlavə edə bilərsiniz. Bu qarışımdan səhər yeməyi və ya qəlyanaltılar üçün istifadə etmək olar.

- Maska kimi də istifadə edə bilərsiniz. Bananı əzin və üzərinə limon şirəsi əlavə edin. Bu qarışığı üzünüzə çəkib 15 dəqiqə saxlamalısınız. Sonra ilıq su ilə yuyun. Dərinizin daha nəmli və təmiz olduğunu hiss edəcəksiniz.


Aysel