Banan yemək yüksək təzyiqi sabitləməyə təsir edir.
Bakupost.az xəbər verir ki, həkim kardioloq Brittani Dan gündəlik rasiona banan daxil edilməsinin arterial təzyiqə yaxşı təsir etdiyini açıqlayıb.
Bu meyvədə çoxlu elektrolitlər - kaliy və maqniy var. Sutka ərzində normal miqdarda elektrolit orqanizmə daxil olduqda, maye və qan miqdarı balansı qorunur.
Bu da təzyiqi normal saxlamağa kömək edir. Əgər təzyiq xəstələri gündə 2 ədəd banan yesə, təzyiqi bir neçə rəqəm aşağı düşər.
Bir bananda 422 mq kaliy var. Bu isə sutkalıq normanın 20%-dir.
Amma bananla yanaşı çox duz, duzlu qida qəbul etmək əksinə təzyiqi qaldırır.
Aygün Musayeva
BakuPost