Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Banan qabığının xeyri

  • 2023.06.08 19:10
  • 1796 Baxış
Banan qabığının xeyri
Banan qabığı dəridəki problemlərin həllində önəmli rol oynayır.


“Medicina” xəbər verir ki, təbii üz maskalarına üstünlük verən insanlar bananın qırışlara qarşı effektliyindən xəbərdardırlar.


Bu ekzotik meyvənin tərkibində həm bədən, həm də dərimiz üçün faydalı olan bütün A, B, C, E vitaminləri var.
Meyvənin qabığı isə əsl antioksidant mənbəyidir. Buna görə də əgər sizdə yaşla bağlı ləkələr, çillər varsa, o zaman banan buzu hazırlaya bilərsiniz.

Kosmetoloq Lyubov Vityazeva bu vasitənin reseptini paylaşıb:

Yuyulmuş banan qabığını tikə-tikə doğrayın və üzərinə qaynar su tökün, soyuyanda buz qəliblərinə tökün. Səhər və axşam üzünüzü silin.

Əgər dəriniz günəş yanığından əziyyət çəkibsə, qabığın daxilini üzə sürtün.

Bu masaj təxminən 5-10 dəqiqə çəkməlidir. Prosedur gündə üç dəfəyə qədər təkrarlana bilər.

Aynurə Məmmədova