Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Balqabaqla bədənin detoksu - Faydası

  • 2022.10.19 15:21
  • 2711 Baxış
Balqabaqla bədənin detoksu  - Faydası

Payızın populyar tərəvəzi balqabaq orqanizmnin ümumi detoksikasiyasına səbəb olur.

"Medicina" xəbər verir ki, dietoloq Olqa Perevalova balqabağın rolunu açıqlayıb.

"Balqabağın tərkibində çox sayda karotonoidlər vardır, balqabaq tamam zərərsiz ərzaqdır.

Amma pis həzm sistemi olan insanlarda bu qida bir az pozulma və ishal verə bilər.

Balqabaq ödqovucudur, ona görə öd problemi olanlara da əks təsir edə bilər.

Xroniki qəbizlikdən əziyyət çəkənlərə çox lazımdır, çünki bağırsaq motorikasını artırır.

Onda olan kobud lif mədə-bağırsağın selikli qişasını süpürgə kimi təmizləyir.

Ona görə bədəni detoks etmək üçün balqabaq bişirib yeyin, şirəsini için və tumlarını da qəbul edin.

Aygün Musayeva