Balqabaq tumunun faydaları ilə yanaşı zərərləri aşkar edilib.
Medicina.az xəbər verir ki, mütəxəssislər, bu tumların tərkibində mövcud olan maddələrin bir çox problemlərə yol aça biləcəyini vurğulayıblar.
Ən təhlükəlisi isə allergiya verə bilməsidir. Bu səbəbdən allergiyası olan insanlar balqabaq tumundan uzaq durmalıdırlar.
Həmçinin duz miqdarı çox olduğundan həddindən çox yemək orqanizmdə lazımsız duz toplaya bilər.
Ekspertlər adətən digər dərman vasitələri ilə birlikdə tumların yeyilməsini tövsiyə etmirlər. Baxmayaraq ki, bunun tibbi təsdiqi hələ yoxdur, ancaq əks təsir göstərməməsi məqsədilə istifadəsi məsləhət deyil.
Digər ən böyük zərərlərindən biri isə həddindən çox istifadə edildiyi təqdirdə sonsuzluq yarada bilər.
Kalori cəhətdən zəngin olduğu üçün çox istifadə edildiyi zaman ishala yol aça bilər. Bu baxımdan qəbiz olan insanların yeməyi daha uyğundur.
Şəhanə Quliyeva
Qesden edirler ki, apteklere üz tutaq.Xeyri var camaat istifade edin.