Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Balla qarışdırılmış bağayarpağı - Qışın dərmanıdır

  • 2018.12.14 12:58
  • 21502 Baxış
Balla qarışdırılmış bağayarpağı -  Qışın dərmanıdır
Bağayarpağı bitkisi yəqin ki, çoxunuza tanışdır. Demək olar ki, hər yerdə bitən bu yabanı bitki müalicəvi tərkibinə görə ən qiymətli bitkilərdən biridir.  


Medicina.az xəbər verir ki, bağayarpağıdan hazırlanan preparatlar iltihabəleyhinə, yarasağaldıcı, qankəsici, sidikqovucu təsirə malikdir. Bu bitkinin şirəsi hipertoniya, ateroskleroz, daxili orqanların bir sıra kəskin və xroniki xəstəliklərində tətbiq edilir. Həmçinin mədə-bağırsaq xəstəlikləri, mədə xorası, onikibarmaq bağırsaq, kəskin və xroniki enterit, xoralı kolit və s xəstəliklərdə də istifadə edilir. 


Haırlanması


1-ci üsul: yuyulmuş təzə yarpaqları az suda qaynadın. Daha sonra bir miqdar balla qarışdıraraq saxlayın. Öskürək zamanı hər saat 1 çay qaşığı qəbul edin. 


2-ci üsul: yarpaqları yaxşıca yuyaraq doğrayın, sıxaraq şirəsini çıxarın. Eyni miqdarda bal ilə qarışdıraraq 20 dəqiqə qaynadın. Qastrit, kolik, kolit zamanı gündə 3 dəfə yeməkdən 15-20 dəqiqə əvvəl 1 x/q qəbul edin. Ağzı bağlı qabda sərin yerdə saxlayın. Qışda isə şirəni eyni miqdarda araq ilə qarışıdıraraq  istifadə edə bilərsiniz. 


Arzu

Medicina.az