Elmi və tibbi baxımdan sübut olunub ki, feyxoanın məhz balla birlikdə qəbulu ürək-damar, qalxanvari vəzi, laringit, angina, əsəb sistemi xəstəliklərinin müalicə və profilaktikası üçün effektivdir.
Medicina.az xəbər verir ki, yod elementi çatışmazlığı yaşayan bir çox ölkələr, həmçinin Azərbaycanda feyxoanın yetişməsi də möcüzədir və bizim insanlara çox vacibdir.
Yod defisiti insanın saçından tutmuş dırnağına kimi mənfi təsir edib, uşaqlarda boy artımını saxlayır, zehni geriləməyə səbəb olur.
Feyxoada yüksək mirdarda yoddan əlavə vitamin C, B, P, pektinlər vardır.
Məhz balla feyxoa birlikdə zob, yod çatışmazlığından yaranan qalxanvari vəz xəstəliklərində müalicəvi təsir edir.
Həmin resepti təqdim edirik:
500 qr feyxoa yuyulub, ətçəkəndən keçirilir. 400 qr təmiz balla qarışdırılıb, şüşə qaba yığılır. Soyuducuda 3 gün saxlanılır. Gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul olunur.